Estoniya iki rusiyalı diplomatı `qara siyahıya` saldı
21:31 26 May 2017
İki rusiyalı diplomatdan Estoniyanı tərk etmək tələb olunub.
Femida.azın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə “delfi.lv” portalı yazıb.
Bildirilir ki, Estoniya hökuməti adından Rusiyanın Narva şəhərindəki baş konsulu Dmitriy Kazyonnov və konsul Sergey Surqayevə müvafiq nota təqdim olunub.
Estoniya XİN-in mətbuat xidməti xəbəri təsdiqləyib, lakin əlavə şərh verməyib.
Rəsmi Moskva qərarı düşmən və əsassız akt adlandırıb, cavabsız qalmayacağını bildirib.
Femida.az
Oxunub: 981